Ukraynanın “Minay” klubunun baş məşqçisi Vasili Kobinlə yollar ayrılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, “Minay” hazırda Ukrayna Premyer Liqasında 6 xalla 15-ci pillədə qərarlaşıb. Bu komandada Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə, həmçinin daha bir azərbaycanlı futbolçu Eldar Quliyev də çıxış edir.