Fransa yığmasının sabiq futbolçusu Samir Nəsri karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə "RMC Sport"a özü açıqlama verib. O, ilyarımlıq dopinq cəzasının da qərarına təsir göstərdiyini bildirib.

Qeyd edək ki, Samir Nəsri "Marsel", "Arsenal", "Mançester Siti", "Vest Hem", "Sevilya", "Antalyaspor" kimi klublarda oynayıb. Onun son klubu isə Belçika "Anderlext"i olub.