İngiltərə yığmasının üzvü Ceydon Sanço millinin heyətindən çıxarılıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi məşq prosesində zədələnib. Bu səbəbdən O, DÇ-2022-nin seçmə mərhələsində Andorra və Polşa ilə matçlarda oynaya bilməyəcək.

Qeyd edək ki, İngiltərə Andorra ilə sabah, Polşa ilə isə sentyabrın 8-i üz-üzə gələcək.