Futbol üzrə Xorvatiya millisinin futbolçusu Luka Modriç DÇ-2022-nin seçmə mərhələsində yığmanın növbəti 2 oyununu buraxacaq.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi zədə səbəbindən sentyabrın 1-i Rusiya, 4-ü isə Slovakiya ilə qarşılaşmada iştirak edə bilməyəcək.
Buna səbəb Modriçin Madrid "Real"ının məşq prosesində zədələnməsidir.