Azərbaycanı Tokio-2020-də təmsil edən qadın teakvondoçu Fəridə Əzizova Yay Olimpiya Oyunlarındakı çıxışını medalsız başa vurub.

Offsideplus.az xəbər verir ki,  67 kq çəki dərəcəsində çıxış edən təmsilçimizi 1/8 finalda məğlubiyyətə uğradan Peyc Makferson (ABŞ) finala adlaya bilməyib. O, yarımfinalda Matea Jeliclə (Xorvatiya) bacarmayıb.

Bununla da, Əzizova Tokio-2020-ni medal şansını itirib.