Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov mübarizəyə qoşulub.

Offsideplus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançının ilk rəqibi rusiyalı Mua Moquşkov olub. Rəqibini vazari ilə məğlub edən 30 yaşlı cüdoçu 1/8 finala vəsiqə qazanıb və bu mərhələdə tacikistanlı rəqibi Somon Maxmadbekova da eyni qaydada qalib gəlib. Rüstəmin 1/4 finaldakı rəqibi isə Rio-2016-nın finalinde məğlub olduğu Şohei Ono olub. Lakin təmsilçimiz 5 il əvvəlki məğlubiyyətin revanşını ala bilməyib. O, Olimpiya çempionuna bu dəfə ipponla uduzub.

Azərbaycanın turnirdəki bayraqdarı olan Orucov mübarizəni təsəlliverici görüşlərdə davam etdirəcək.