FİFA Ukrayna “Minay”ına transfer qadağası qoyub.
Offsideplus.az xəbər verir ki, buna komandanın müdafiəçisi Mislav Matiçin kluba açdığı təzminat mübahisəsi səbəb olub.
Dünyanın ali futbol qurumu “Minay” klubuna bütün öhdəlikləri yerinə yetirənə qədər transfer qadağası qoyub.
Qeyd edək ki, sözügedən komandada millimizin futbolçusu Rüstəm Əhmədzadə də çıxış edir.