"Fiorentina"dan uzaqlaşdırıan Cennaro Qattuzo maraqlı açıqlama ilə gündəmə gəlib.
Offsideplus.az "La Repubblica"ya istinadla xəbər verir ki, 43 yaşlı mütəxəssis işdən uzaqlaşdırılması haqda deyilənləri yaxına buraxmayıb:"Əməkdaşlığımızın erkən başa çatmasının səbəbinin 10 il əvvəl deyilənlər və yaşananlar olduğunu düşünmürəm. Mən nə rasistəm, nə seksist, nə də homofob. Sadəcə, dediklərim düzgün formada başa düşülməmişdi.
Mən adət-ənənələrə hörmət edən insanam. Sabiq komanda yoldaşlarımdan soruşun. Görün nə vaxtsa məndə rasist, seksist, homofob əlamətləri görüblər. İnsan həyatının özünün istədiyi kimi yaşamalıdır, başqalarının arzuladığı kimi yox".
Qeyd edək ki, Qattuzo "Fiorentina"ya baş məşqçi təyin olunandan 3 həftə sonra postundan ayrılmışdı. Bundan sonra "Tottenhem"lə danışıq aparsa da, əməkdaşlıq boş tutmamışdı.