Gürcüstan çempionatında 21-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb. Komanda səfərdə “Şukura” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Azərbaycanlı müdafiəçi də bu görüşün iştirakçısı olub. 21 yaşlı futbolçu 82-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Samtrediya” 21 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.