Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Ukraynanın "Kolos" klubunda çıxış edəcək.

Offsideplus.az "Xsport"a istinadən xəbər verir ki, 25 yaşlı forvardın tezliklə "ağ-qaralar"la müqavilə imzalayacağı gözlənilir. Sözləşmənin detalları bəlli deyil. 

Qeyd edək ki, 2017-ci ildən "Minay"ın formasını geyinən Nuriyev, müqaviləsinin müddətinin bitməsindən sonra komandanı tərk edib. O, ötən mövsüm 10 qola imza atmışdı.

"Minay Premyer Liqada sonuncu - 14-cü yeri tutaraq, aşağı liqaya enib.