Uels millisinin kapitanı Qaret Beyl gələcək karyerası barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Uels mətbuatına danışan 31 yaşlı hücumçu millidəki karyerasını davaç etdirmək istədiyini bildirib:

"Oynamağa davam etmək istəyirəm. İnsanlar həmişə axmaq suallar soruşurlar, amma təbii ki, Uels millisi üçün oynamağı sevirəm. Karyeramı bitirəcəyim günə qədər Uels millisində forma geyinəcəm".

Qeyd edək ki, Avropa çempionatının 1/8 finalında Danimarkaya uduzduqları oyundan sonra (0:4) Uels millisinin kapitanı Qaret Beyl müsahibə verib. Jurnalist "Dünən sizdən soruşmuşdular ki, Uels millisində bu oyun sizin üçün sonuncu olacaq? Daha bir oyuna çıxmaq istədiyinizi demişdiniz", sualını ünvanlayandan sonra 31 yaşlı hücumçu kameraya gözlərini süzdürüb və müsahibəni yarımçıq qoyaraq uzaqlaşıb.