Anatoli Nuriyev sosial şəbəkə hesabında "Minay" klubu ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi mövsümünü sonuncu pillədə başa vuraraq Premyer Liqanı tərk edən Ukrayna təmsilçisinə təşəkkür edib:

"Möhtəşəm və emosional üç il oldu. Klub prezidentinə, məşqçilərə, birlikdə oynadığım bütün futbolçulara hər kəsə təşəkkür edirəm. Xüsusilə də, azarkeşlərə minnətdarlığımı bildirirəm, sizsiz futbol maraqlı olmazdı. Mənə və komandamıza inanan hər kəsə minnətdaram. Bu ailənin bir üzvü olduğum üçün sevincliyəm”.

Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Nuriyev komandanın kapitanı idi.