Gürcüstan çempionatında 18-ci turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Komanda səfərdə Tiflis “Saburtalo”su ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.
Azərbaycanlı müdafiəçi də bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçi sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Samtrediya” 18 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.