"Legiya"nın baş məşqçisi Çeslav Mixneviç komandasının "Bişofşofen" üzərindəki qələbə haqda danışıb.

Offsideplus.az xəbər verir ki, 51 yaşlı mütəxəssis sabiq "Qarabağ"lının müsbət keyfiyyətlərindən söz açıb: "Mahir Emrelinin yaxşı texnikası və zərbələri var. Oyunu hiss etməyi bacarır. Qol vurmaq üçün daim axtarışdadır ki, bu da hücumçu üçün yaxşı keyfiyyətdir. Məşqlərdə gördüyümüz bacarığını bu gün ortaya qoydu.

Emreli topla rəftarı sevdiyindən, 3-5-2 taktiki sxeminə uyğun gəlir. Rahat şəkildə rəqibin cərimə meydançasına daxil olmağı sevir. Ona görə də yannda əlavə hücumçuya ehtiyac var".

Qeyd edək ki, "Legiya" dünən yoldaşlıq görüşü çərçivəsində Regional Liqa təmsilçisi "Bişofşofen"i 5:0 hesabı ilə məğlub edib ki, Mahir het-triklə yadda qalıb (6, 22 və 36-cı dəqiqələrdə fərqlənib).