“Benfika"nın futbolçusu Pedrinyo karyerasını Ukraynada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Şaxtyor”a keçib. Onun 18 milyon avro qarşılığında Donetsk təmsilçisinə satıldığı bildirilib.

Qeyd edək ki, Pedrinyo son mövsümdə “Benfika” ilə 31 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.