Kilian Mbappe vaxtilə rəhbərliyi altında oynadığı Tomas Tuxel haqda fikirlərini dilə gətirib.

Offsideplus.az "Sportbild"ə istinadla xəbər verir ki, fransız ulduz 2018-2020-ci illər aralığında PSJ-də baş məşqçisi olmuş alman mütəxəssis haqda ağızdolusu danışıb: "Tuxel - o, fantastik tatikdir. O, rəqibin necə oynayacağını bilir və komandasını rəqibin oyununa uyğun hazırlaya bilir. Nəzərə alaq ki, bir çox təcrübəli həmkarları ilə müqayisədə hələ gəncdir. Yaxın gəəcəkdə dünyanın ən yaxşılarından biri olacaq. Nəyə qadir olduğunu Çempionlar Liqasında bir daha sübut etdi. Avropa çempionatından sonra Tuxelə zəng edəcəm. Çünki əlaqələrimiz möhtəşəmdir".

Qeyd edək ki, 47 yaşlı çalışdırıcı bu ilin yanvarından çalışdırdığı "Çelsi" ilə Çempionlar Liqasının 2020-21 mövsümünün qalibi olub.