Türkiyə millisinin Şimali İrlandiya yığma komandası ilə yoldaşlıq görüşü ləğv olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Şenol Güneş məlumat verib. 69 yaşlı mütəxəssis bildirib ki, Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldan alınmasının ardından Şimali İrlandiya Futbol Assosiasiyası belə bir qərara gəlib.

Böyük Britaniya hökuməti Türkiyəni koronavirusun geniş yayıldığı ölkələrdən biri kimi "qırmızı siyahı"ya salıb. Bu səbəbdən, Çempionlar Liqasında İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasındakı final oyunu Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionuna keçirilib.

Türkiyə - Şimali İrlandiya görüşü mayın 31-də keçirilməli idi. Bu, mayın 27-də Azərbaycanla nəzərdə tutulan yoldaşlıq görüşündən sonraya təsadüf edəcəkdi. Şimali İrlandiyanı hansı ölkənin əvəzləyəcəyi hələlik məlum deyil.