Futbol üzrə Azərbaycan millisinin üzvü Anatoli Nuriyev "Minay" klubu ilə vidalaşa bilər.
Offsideplus.az "Meta-ratings" nəşrinə istinadən xəbər verir ki, buna Ukrayna təmsilçisinin Premyer Liqanı tərk etməsi səbəb olub. Belə ki, Nuriyevin "Minay" ilə müqaviləsində komandanın aşağı liqaya düşəcəyi təqdirdə oyunçunun azad agent statusu ala biləcəyi ilə bağlı bənd var.
25 yaşlı hücumçu ilə "Kolos" klubu yaxından maraqlanır.
Qeyd edək ki, 2022-ci ilin yayına qədər "Minay"la anlaşması olan Nuriyev bu mövsüm 24 oyuna çıxıb, 9 qol vurub.