"Lalitpur Siti" Nepal Super Liqasında ilk qələbəsini qazanıb.  Komanda V turda "Butval Lumbini"yə qalib gəlib - 1:0.

Offsideplus.az xəbər verir ki,  bu oyunda yeganə qol olub. Azərbaycanlı futbolçu Nurlan Novruzov 5-ci dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xalını 6-ya çatdıran "Lalitpur Siti" 4-cü pilləyə yüksəlib.