Şotlandiya çempionatında "Reyncers" - "Seltik" matçı davam edir (3-1).

 Offsideplus.az xəbər verir ki, derbinin 33-cü dəqiqəsində fərqlənərək komandasını hesabda önə çıxaran Alfredo Morelos maraqlı qol sevinci ilə diqqət çəkib. 

Belə ki, 24 yaşlı forvard vurduğu qolu məşhur türkiyəli qəssab Nüsrət kimi qeyd edib.

Qeyd edək ki, 96 xalla turnir cədvəlində lider olan "Reyncers" bir müddət öncə 2020-21 mövsümü üzrə çempionluğunu rəsmiləşdirib. "Seltik" isə 73 xalla ikinci yerdə qərarlaşır.

 Screenshot 2021 05 02 163123