Gürcüstan erovnuli liqasının 10-cu turunda "Telavi" "Samtredia"nın qonağı olub.
Offsideplus.az xəbər verir ki, İbrahim Qədirzadənin formasını geyindiyi “Samtredia” Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi”ni 2:1 hesabı ilə məğlub edib.
Qədirzadə 58-ci dəqiqədə meydana daxil olub. Digəri start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 7 xal toplayan “Samtredia” 8-ci, “Telavi” isə 6 xalla 9-cu pillədə qərarlaşıb. Lider 22 xalla "Dinamo"dir (Tbilisi).