UEFA-nın prezidenti Aleksandr Çeferinin Avropa Super Liqası məsələsinə görə hələ də əsəbləri soyumayıb.

Offsideplus.az "The Mail"ə istinadən xəbər verir ki, 53 yaşlı funksioner açıqlamasında 12 klubun, xüsusilə "Real", "Barselona" və "Yuventus" klublarının cəzalandırılacağını açıqlayıb:

"Görəcəyik. Hər kəs öz etiyinin nəticəsi ilə üzləşəcək və biz heç nə olmamış kimi davranmayacağıq. Mənim üçün İngiltərə klubları və digər "6-lıq" arasında fərq var. İlk çıxan onlar oldu, səhvlərini qəbul etdilər. Böyüklük göstərib, "mən səhv idim", dedilər. Bu 12 klub mənim üçün 3 qrupa ayrılır: İngiltərə klublarından ibarət "6-lıq", digər üçlük ("Atletiko", "Milan", "İnter") və Yerin düz olduğunu düşünən və hələ Super Liqanın mövcud olduğuna inanan klublar ("Real", "Barselona", "Yuventus"). Bu klublar arasında böyük fərqlər var. Amma hər kəs məsuliyyət daşıyacaq. Nələr olacağını görəcəyik".