Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubunda ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda bu gün mövsümün açılış oyununda "Katmandu Rayzers"in qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Novruzov sonadək meydanda olub.

Qeyd edək ki, N.Novruzov bir neçə gün əvvəl "Lalitpur Siti" ilə 2 aylıq sövdələşmə imzalayıb.