Avropa futbolunda inqilab kimi qəbul edilən Avropa Super Liqasının yaranması rəsmən açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" klubları yeni liqanın qurulduğunu açıqlayıb. "Real"ın prezidenti Florentino Peres Avropa Super Liqasının sədri təyin edilib. "Yuventus"un prezidenti Andrea Anyelli isə vitse-prezident seçilib.
Qeyd edək ki, Super Liqa Avropanın ən yaxşı 20 klubunu öz himayəsi altında birləşdirmək məqsədi ilə yaradılıb.