Avropanın 12 nəhəng klubu Avropa Superliqasına qatılmaq üçün rəsmi addım atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, sözügedən klublar arasında "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" var.
UEFA isə belə bir turnririn yaradılmasına razı deyil. Hətta qitənin ali futbol qurumu bu klublara qarşı sanksiya da tətbiq edə bilər.
Bəzi mənbələrin yazdığına görə, klublar növbəti mövsüm Avrokuboklardan kənarlaşdırılacaqlar. Avropa Superliqasının startı isə 2022-ci il üçün planlaşdırılır.
Bu turnirə Fransa və Almaniya təmsilçiləri qatılmayacaq.