Futbol üzrə Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçular Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda “Desna”nı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Azərbaycanlı futbolçular bu qələbədə böyük pay sahibi olublar. Millimizin üzvü Nuriyev matçda dubl edib. O, qollardan birini penaltidən vurub. Rüstəm Əhmədzadə isə Nuriyevin 2-ci qolunun ötürməsini edib. Start heyətdə meydana çıxan Rüstəm 66-cı dəqiqədə əvəzlənib.

Bununla da Nuriyev cari çempionatda 10-cu qolunu vurub.

İcmalı və qolları təqdim edirik: