Almaniya kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 1/4 final mərhələsinin son qarşılaşması “Yan Regensburq”la “Verder” komandaları arasında baş tutub. 

 “Verder” 52-ci dəqiqədə Yuya Osakonun vurduğu yeganə qol sayəsində yarımfinala vəsiqə əldə edib. 

Beləliklə, Almaniya kubokunda finala vəsiqə uğrunda “Verder” “Leyptsiq”lə mübarizə aparacaq.