Ukrayna Premyer Liqasının 20-ci turunda "Minay" "Kolos"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Anatoli Nuriyevin formasını geyindiyi komanda 0:0 hesablı heç-heçəyə razılaşıb.

Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycan yığmasının da üzvü olan futbolçu 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Rüstəm Əhmədzadə isə 88-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, "Minay" 15 xalla 14 komanda arasında 13-cü pillədədir.