“Reyncers” klubunun 5 oyunçusu cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, Şotlandiya təmsilçisində Natan Patterson, Bonqani Zunqu, Kalvin Bassi, Dapo Mebude və Bryan Kinner koronavirus qaydalarını pozduqları üçün 6 oyunluq cəza alıb. 

Qeyd edək ki, futbolçular fevral ayında koronavirus qaydalarına məhəl qoymayaraq, gizli partidə iştirak etmişdilər.