Yaponiya millisi DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsində səfərdə Monqolustan üzərind 14:0 hesablı qələbə qazanıb. 

Offsideplus.az xəbər verir ki, F qrupunda baş tutan qarşılaşmada Yaponiya 14 cavabsız qolla Monqolustana qalib gəlib. Oyunda Yuya Osako het-trik, Cunya İto, Kyoqo Furuhaşi və Syo İnaqaki dubl, Daçi Kamada, Hidemas Morita, Takumi Minamino və Takuma Asano 1 qolla fərqləniblər. Ev sahiblərinin futbolçusu Haş-Erdene Tuyay isə öz qapısına qol vurub.

Oyunun icmalını təqdim edirik: