Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundakı qalmaqalla bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, "Yuventus"un ulduzu bu barədə öz "instaqram" hesabında paylaşım edib.
"Portuqaliya millisinin kapitanı olmaq həyatımdakı böyük qürurlardan biridir. Mən öz ölkəm üçün həmişə əlimdən gələni edirəm və bu, heç vaxt dəyişməyəcək. Amma bəzən bütün millətlərin əziyyət çəkdiyi məqamlar olur. Başınızı qaldırın və yeni çağırışları elə indi qəbul edin. Haydı, Portuqaliya!"
Qeyd edək ki, Portuqaliya - Serbiya matçının 3-cü uzatma dəqiqəsində təmiz qolu qeydə alınmayan Kriştiano kapitan sarğısını yerə tullayıb.