Kilian Mbappe ilə Erlinq Haaland Kriştiano Ronaldo ilə Lionel Messinin davamçıları sayılır.

Hər ikisi müasir futbolun durmadan inkişaf edən hücumameyilli futbolçularından hesab olunur. Maraqlıdır, adları çəkilənlər hansı rəqiblərə qarşı oyunlarda çətinlik çəkir? Daha doğrusu, onlar üçün arzuolunmaz rəqib futbolçular kimdir?

Offsideplus.az xəbər verir ki, Mbappe bir müddət öncə mətbuat konfranslarının birində sualı cavablandırmış, arzuolunmaz rəqib kimi Canluici Buffonun adını çəkmişdi.

Haaland isə ESPN-ə açıqlamasında özü üçün keçilməz olan rəqibin adını söyləyib: "Düşünmədən Vircil dan Deyk deyərdim. Çox yaxşı müdafiəçidir. Cüssəlidir, sərtdir, çevikdir, bir sözlə, bütün keyfiyyətlərə sahibdir. Möhtəşəm oyunçudur".