İslandiya futbolunda çox maraqlı hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, İslandiya 4-cü liqa təmsilçisi "Eynherci" 2-ci liqada mübarizə aparan "Fjölnir"in futbolçusunu icarə əsasında heyətinə qatıb. Lakin çox keçmədən, klub 21 yaşlı Helgi Snaer Agnarssonu baş məşqçi postuna gətirib.

Gənc yarımmüdafiəçi həm oynayacağını, həm də komandanı çalışdıracağını açıqlayıb.