Çiro İmmobileyə "Qızıl buts" mükafatı təqdim olunub.
Offsideplus.az "Latsio"nun saytına istinadla xəbər verir ki, İtaliya millisinin və "Latsio"nun forvardı UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafata layiq görülüb.
Təcrübəli forvard ötən mövsüm vurduğu 36 qolla Robert Levandovski (34 qol) ilə Kriştianu Ronaldunu (31 qol) qabaqlamışdı.
Qeyd edək ki, Çiro İmmobile 2007-ci ildən bu yana "Qızıl buts"u qazanan ilk italiyalı futbolçudur. Həmin il Françesko Totti sözügedən mükafata sahib çıxmışdı.