Şotlandiyanın "Reyncers" klubu vaxtından əvvəl ölkənin əsas liqasında çempionluğunu rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, Stiven Cerrardın komandasının ən yaxın izləyicisi "Seltik" 31-ci turda "Dandi Yunayted"lə heç-heçə edib. Beləliklə, "Seltik" sona 6 tur qalmış çempion olmaq şansını itirib və "Reyncers"in qələbəsi rəsmiləşib.
Qeyd edək ki, bu, sözügedən klubun tarixi ərzində 55-ci çempionluğudur.