Peşəkar karyerasını başa vuran Mariya Şarapovanın karyerası ərzindəki qazancı məlum olub. 

Offsideplus.az "Forbes"ə istinadla xəbər verir ki, "Böyük Dəbilqə"nin 5 qat qalibi 19 il ərzində 269 milyon avro vəsait əldə edib. Bununla da adını "Rusiyanın ən varlı 10 qadını" siyahısına yazdırıb. Siyahıda 1-ci sırada Tatyana Bakalçuk ad-soyadlı biznesvumendir. Bu qadının sərvəti 8,39 milyard avrodur. Yeri gəlmişkən, Mariya "10-luq"da yeganə idmançıdır.

Qeyd edək ki, Şarapova peşəkar karyerasını 2020-nin fevralında başa vurub.