Futbol üzrə İspaniya Kral kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, bu gün keçirilən püşkatmadan sonra cütlüklər bəlli olub.

Püşkün nəticəsinə görə, “Sevilya” “Barselona” ilə, “Atletik” isə “Levante” ilə üz-üzə gələcək.

Qeyd edək ki, mərhələnin ilk görüşləri fevralın 10-da, cavab görüşləri isə martın 3-də olacaq.