Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” doğma meydanda “Vursburger”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Nazarov start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 18 turdan sonra 28 xala malik “Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.