Çempionşip təmsilçisi "Derbi Kaunti" baş məşqçisi Filip Kuku ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından açıqlama gəlib. Son 8 oyunda məğlub olan Kuku "Derbi Kaunti"dən qovulub. Onun yerinə həm futbolçu, həm də baş məşqçi köməkçisi kimi çıxış edən Ueyn Runinin keçəcəyi gözlənilir.

2018-19 mövsümündə "Fənərbağça"ya rəhbərlik edən Kuku 2 qələbə, 3 bərabərlik və 5 məğlubiyyətin ardınca klubdan qovulmuşdu.