"Kayrat" komandası vaxtından əvvəl futbol üzrə Qazaxıstan çempionu olub.
Offsideplus.az xəbər verir ki, Almatı təmsilçisi 17-ci turda "Ordabaşı" ilə oyunda 3:1 hesablı qələbəsi ilə çempionluğu rəsmiləşdirib.
"Kayrat" 2004-cü ildən bəri ilk dəfə ölkə çempionu olub. Komanda 17 turdan sonra 44 xal toplayıb, ikinci sırada qərarlaşan və iki oyun az keçirən "Astana"nın 27 xalı var.
Qeyd edək ki, bu, "Kayrat"ın üçüncü çempionluğudur.