"Şəxtyor"un 19 yaşlı qapıçısı Anatoli Trubin karyerasını İngiltərə premyer-liqasında davam etdirə bilər. 

Offsideplus.az İtaliyanın ünlü "Corriere dello Sport"una istinadla xəbər verir ki, gənc "çərçivə" qoruyucusu ilə "Arsenal" və "Çelsi" yaxından maraqlanır. "Şaxtyor"un "Real" və "İnter"lə matçlarda məğlub olmaması, Trubinin isə bu iki qarşılaşmada əla çıxışla yadda qalması ingilisləri hərəkətə keçirib. Siyahıda Leverkuzen "Bayer"inin də adı var. Lakin almanların təklifinin britaniyalılarınkı qədər cəlbedici olmayacaq.

Məlumat üçün bildirək ki, Anatoli 2001-ci ilin avqustun 1-də Donetskdə dünyaya gəlib. "Şaxtyor"un yetirməsi sayılır və hazırda Ukraynanın U-21-in millisinə dəvət alır. Boyunun ucalığı - 199 sm. olması üstünlüyüdür.