Futbol üzrə Estoniya çemponatında 25-ci turunda azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçını keçirib.

Offsideplus.az xəbər verir ki, doğma meydanda “Levadiya” ilə qarşılaşan komanda bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Novruzov 83-cü dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 24 turdan sonra 21 xalla 8-ci pillədə qərarlaşıb.