“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan İsrailin “Makkabi” (Təl-Əviv) klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Tanzaniyanın "Azam" komandasından Novatus Disması transfer edib.
Tanzaniyanın U-21 yığmasının da üzvünun transfer detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Makkabi" qrup mərhələsindəki ilk matçında "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.