İsrailin “Makkabi” klubunun üçüncü koronavirus testinin cavabı mənfi olub.
Offsideplus.az xəbər verir ki, rəhbərlik millidə çıxış edən futbolçuların düşərgəyə qayıdanda bir daha yoxlanacağını bildirib. Daha öncə heyətin bir neçə üzvünün infeksiyaya yoluxduğu açıqlanmışdı.
Komanda hazırda xüsusi həkim nəzarətində çalışmalara davam edir.
Qeyd edək ki, “Makkabi” UEFA Avropa Liqasının I qrupunda “Qarabağ”ın rəqiblərindən biridir.