AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Slovan Liberets” – “Gent” (Belçika) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Matç oktyabrın 22-də Çexiyanın Liberets şəhərindəki “U Nisi” stadionda baş tutacaq.