"Rüfət Dadaşov təriflərə layiq oyunçudur”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Finiks Rayzinq” klubunun baş məşqçisi Rik Şantz deyib. Millimizin oyunçusunu tərifləyən Şantz Rüfət Dadaşovun meydanda nə etmək lazım olduğunu yaxşı bildiyini qeyd edib.
“Rüfət çox inkişaf edib. O, meydanda nə edəcəyini yaxşı bilir. Bu bizim üçün çox vacibdir. Rüfətin ən çox xoşuma gələn xüsusiyyəti daim hərəkətdə olması, rəqibin müdafiə xəttini təzyiq altında saxlamasıdır. Dadaşov qapıçıya təzyiq göstərir, hücum zamanı cinah oyunçularımızın boş zona tapmasına şərait yaradır. Son dərəcə ağıllı və əsl bitiricidir. Rüfət təriflərə layiq oyunçudur”.
Qeyd edək ki, Rüfət ABŞ Milli Futbol Liqasının (USL) 12-ci turunda "Las-Veqas Layts"a qarşı matçda 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Bu nəticəyə görə o həftənin rəmzi komandasına daxil edilib.