Estoniya çemponatında 20-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Legion” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Nurlan Novruzov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.