Futbol üzrə Gürcüstan çempionatının 8-ci turunda “Dinamo”(Batumi) ilə oyunun 10-cu dəqiqəsində zədələnən "Samtrediya"nın azərbaycanlı futbolçusu Nicat Qurbanovun vəziyyəti məlum olub.

Offsideplus.az xəbər verir ki, ağır zədəyə görə meydanı erkən tərk etməli olan yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib.

Futbolçunun əzələ problemi olduğu və azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.