Estoniya çemponatında 15-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti oyununa çıxıb.

Komanda səfərdə “Kuressaare” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Nurlan Novruzov da bu oyunun iştirakçısı olub. O, 37-ci dəqiqədə meydana buraxılıb.