Gürcüstanın "Samtredia" klubunda çıxış edən azərbaycanlı futbolçu Nicat Qurbanov VI turun rəmzi heyətində yer alıb.
Offsideplus.az xəbər verir ki, "live.ge" nəşri 28 yaşlı yarımmüdafiəçini "11-liy"ə hücumçu kimi daxil edib.
Nicat "Merani" ilə görüşün 54-cü dəqiqəsində penaltidən fərqlənərək komandasına qələbə qazandırıb - 2:1. Qurbanov vurduğu qolu "əsgər salamı" ilə qeyd etmişdi.
Qeyd edək ki, "Samtredia" 6 turdan sonra 8 xalla 6-cı pillədə qərarlaşıb.